• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Lənkəran Dövlət Universitetinin yeni tədris korpusunun açılışı

Sentyabrın 21-də Lənkəran Dövlət Universitetinin (LDU) yeni tədris korpusunun açılış mərasimi keçirilib.

 

Mərasimdə elm və təhsil naziri Emin Əmrullayev, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, millət vəkili Rüfət Quliyev, Lənkəran Dövlət Universitetinin rektoru Natiq İbrahimov və digər qonaqlar iştirak ediblər.

 

Əvvəlcə Dövlət himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Açılış nitqi ilə çıxış edən Lənkəran Dövlət Universitetinin rektoru Natiq İbrahimov bildirib ki, bu gün açılışı olan yeni tədris korpusu ümumilikdə 85 otaqdan ibarətdir və bir növbədə 1200 tələbənin təhsil alması üçün burada hər cür şərait yaradılıb. Rektor universitetin maddi-texniki bazasının yenilənməsi istiqamətində işlərin bundan sonra da davam etdiriləcəyini deyib.

 

Elm və təhsil naziri Emin Əmrullayev yeni tədris korpuslarının tikintisini yüksək dəyərləndirib və bunun tələbələrə stimul olduğunu qeyd edib. Bu il ali təhsil müəssisələrinə qəbul olunanların sayında böyük artım müşahidə olunduğunu diqqətə çatdıran Emin Əmrullayev pedaqoji fakültələrdə oxuyan tələbələri işğaldan azad edilmiş ərazilərdə tikilən məktəblərdə çalışmağa dəvət edib.

 

Nazir çıxışının sonunda tədris ilinin başlanması və yeni korpusun istifadəyə verilməsi münasibətilə universitetin kollektivini təbrik edib və uğurlar arzulayıb.

 

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov da öz növbəsində  yeni tədris korpusunun açılışı münasibətilə kollektivi təbrik edib.

 

Çıxış edən millət vəkili Rüfət Quliyev tələbələri vətənə sədaqətlə xidmət etməyə, keyfiyyətli mütəxəssis kimi yetişməyə çağırıb.

 

Daha sonra qonaqlar yeni tədris korpusunda yaradılan şəraitlə tanış olublar.


1 il əvvəl