• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Sertifikatlaşdırmanın nəticələri

“Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na uyğun olaraq cari ilin 30 avqust - 1 sentyabr və 13 sentyabr tarixlərində sertifikatlaşdırmanın test mərhələsi keçirilib. 

 

Test mərhələsində ümumilikdə 11 133 nəfər təhsilverən iştirak edib və onlardan 8 766 nəfər təhsilverən müəyyənləşdirilmiş keçid balını toplayıb.

 

12-19 sentyabr tarixlərində isə sertifikatlaşdırmanın müsahibə mərhələsi keçirilib. Həmin mərhələdə 8707 nəfər təhsilverən iştirak edib və onlardan 8676 nəfəri uğur qazanaraq sertifikatlaşdırmadan keçmiş hesab olunub.

 

Yerli təhsili idarəetmə orqanları tərəfindən sertifikatlaşdırmadan keçmiş təhsilverənlərə sertifikatlar təqdim olunacaq. 

 

Bildiririk ki, 8 sentyabr tarixində maksimum bal toplamış 36 nəfərlə müsahibə keçirilib və müsahibədə uğur qazanan həmin şəxslərə sertifikatlar artıq təqdim edilib. 

 

Sertifikatlaşdırmadan keçmiş 3086 təhsilverən vəzifə maaşına 35 faiz əlavə, 5590 təhsilverən isə 10 faiz əlavə alacaq. 

 

Qeyd edək ki,  sertifikatlaşdırma prosesinə birinci mərhələdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Quba-Xaçmaz və Gəncə-Daşkəsən Regional Təhsil idarələrinə tabe olan, həmçinin Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif müəllimlərinin cəlb olunub.

 

Elm və Təhsil Nazirliyi sertifikatlaşdırmadan keçmiş təhsilverənləri təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayır!


1 il əvvəl