Peşə təhsili müəssisələrinə qəbul olunanlar üçün daha 2 gün şans
Peşə təhsili pilləsi üzrə elektron tələbə qəbulunun I mərhələsi çərçivəsində uğurlu nəticə göstərən şəxslər üçün sənəd qəbulunun müddəti 2 gün uzadılıb. Sözügedən şəxslər 2 sentyabr tarixinədək tələb olunan sənədləri qəbul olunduğu peşə təhsili müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Sənəd qəbulu pandemiya şəraitinə uyğun xüsusi sosial izolyasiya qaydalarına riayət etməklə təşkil edilir.
Uğurlu nəticə göstərən şəxslər arasında xüsusi karantin rejimi ilə əlaqədar olaraq təhsil müəssisəsinin yerləşdiyi şəhərə/rayona giriş icazəsi olmayanlar varsa, onlar qəbul olunduqları müəssisə ilə əlaqə saxlayaraq sənədlərini müvəqqəti elektron şəkildə göndərə və ya yaşadıqları əraziyə yaxın yerləşən digər peşə təhsili müəssisəsinə təqdim edə bilərlər.
Müsabiqədə uğurlu nəticə göstərən şəxsin sözügedən müddətdə qəbul olunduğu peşə təhsili müəssisəsində qeydiyyatdan keçməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.
Qeyd edək ki, peşə təhsili pilləsi üzrə elektron tələbə qəbulunun I mərhələsində uğurlu nəticə göstərməyən şəxslər II mərhələyə qatıla və ixtisas seçimi həyata keçirə biləcəklər. II mərhələ barədə ictimaiyyətə məlumat veriləcək.
3 il əvvəl
Digər xəbərlər
-
"Məktəblinin dostu" layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib
18.04.2024 - 17:01 -
“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin final mərhələsinin II günü - Fotolent
18.04.2024 - 14:10 -
“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin final mərhələsinin açılış mərasimi keçirilib
17.04.2024 - 15:05 -
Elm və təhsil naziri UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüşüb
16.04.2024 - 17:28 -
Vətəndaş müraciətlərinin statistikası
16.04.2024 - 16:22