Yeni tədris ilində yeni formatda “Dərs vaxtı”
Sentyabrın 1-dən ““Mədəniyyət” telekanalı və "Təhsil" televiziyasının "Facebook"səhifəsində “Dərs vaxtı” proqramının yayımına start verilir.
Əziz şagirdlər, həftənin beş günü tarixdən riyaziyyata, ədəbiyyatdan kimyayadək məktəbdə keçirilən bütün fənlərin televersiyası nümayiş olunacaq. Teledərslər yeni studiyada, təcrübəli müəllimlərin izahı ilə təqdim ediləcək. Hər günə dair dərs cədvəlləri sizinlə əvvəlcədən paylaşılacaq.
Unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır.
Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" (https://www.youtube.com/playlist…) kanalı ilə yanaşı, "Facebook" səhifəsindən, videodərslər portalından (https://video.edu.az/), eyni zamanda "Təhsil" televiziyasının "Facebook" səhifəsindən izləmək imkanı əldə edə bilərlər.
3 il əvvəl
Digər xəbərlər
-
”Məktəblilərin respublika çempionatı”na start verilir
23.04.2024 - 18:30 -
Məktəblilərimiz informatika fənni üzrə beynəlxalq turnirdə uğurla çıxış ediblər
22.04.2024 - 18:00 -
Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə növbəti vakansiya seçimi mərhələsi
22.04.2024 - 17:00 -
Tələbələr arasında voleybol üzrə çempionat keçirilib
22.04.2024 - 14:14 -
“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin bağlanış mərasimi keçirilib
19.04.2024 - 18:00