• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyi İcraiyyə Komitəsinin növbəti iclası

Azərbaycan Tələbə Futbol Federasiyası (ATFF) İctimai Birliyi İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. 


Təhsil nazirinin müavini, Azərbaycan Tələbə Futbol Federasiyasının prezidenti Firudin Qurbanov tələbə futbolunun 2021-2022-ci il mövsümünün yekunlarına dair çıxış edib, gündəlikdə duran əsas məsələlər barədə fikirlərini bildirib. Firudin Qurbanov Federasiyanın 2021-2025-ci il İnkişaf Konsepsiyasının müddəaları ilə bağlı zəruri məsələlərə toxunub, tələbə futbolunda görülmüş işləri və həyata keçirilməsi vacib olan tədbirləri qeyd edib.


ATFF İctimai Birliyinin baş katibi Lətif Novruzov ötən il “Zəfər Günü”nə, eləcə də bu ilin aprel-may aylarında ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş turnirlərin yekunları barədə geniş məlumat verib.


Daha sonra İcraiyyə Komitəsinin üzvləri gündəlikdə duran cari məsələlər ətrafında geniş  fikir mübadiləsi aparıblar. Müzakirələr zamanı növbəti illər üçün tələbələr arasında keçiriləcək beynəlxalq yarışlara ali təhsil müəsissələrinin tələbələrindən ibarət yığma komandaların iştirakı təklif olunub, ali təhsil müəsissələrinin futbol klubları rəhbərləri üçün yüksək səriştəyə malik mütəxəssislərin mütəmadi olaraq müxtəlif seminarlar keçirməsi diqqətə çatdırılıb.


Sonda 2022-ci ildə də “Zəfər Kuboku” turniri, 2023-cü ildə isə ümummili lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş turnirin keçirilməsi üçün hazırlıq işlərinə başlanılması vurğulanıb. 
 


1 il əvvəl