• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Avropa çempionatından 12 medal

16-19 iyul 2022-ci il tarixlərində Xorvatiyanın Zaqreb şəhərində sərbəst və Yunan-Roma güləşi üzrə (U-15) yeniyetmələr arasında Avropa çempionatı keçirilib. 


Sərbəst güləş üzrə Azərbaycan yığma komandasının tərkibində yarışa qatılan “Təhsil” Respublika İdman Mərkəzinin 2 nömrəli respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin idmançısı Səid Paşayev (85 kq), Gəncə şəhər 1 nömrəli uşaq-gənclər idman-şahmat məktəbinin idmançıları Məhərrəm Rzayev (38 kq), Rəvan Rəhimli (48 kq) I yeri, həmin məktəbin idmançısı Həsən Həsənov (41 kq) II yeri, 1 nömrəli respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin idmançısı Fərhad Süleymanlı (85 kq), 5 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin idmançısı Məhəmməd Abbaszadə (62 kq) III yeri tutub.


Yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandasının tərkibində yarışa qatılan “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbinin idmançısı Əli Sucayev (38 kq), 10 nömrəli uşaq-gənclər idman məktəbinin idmançısı Tural Daşdəmirov (41 kq), 9 nömrəli uşaq-gənclər idman məktəbinin idmançısı Emil Abdullayev (62 kq) I yeri, Lənkəran şəhər uşaq-gənclər idman-şahmat məktəbinin idmançısı Orxan Hacıyev (75 kq) II yeri, Sumqayıt şəhər 1 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbinin idmançısı Elnur Hüseynov (68 kq) və 9 nömrəli uşaq-gənclər idman məktəbinin idmançısı Cavad Məmmədov III yeri tutub.


Qeyd edək ki,  uşaq-gənclər idman məktəblərindən Azərbaycan milli yığma komandasına cəlb olunan 12 nəfər idmançının hamısı Avropa çempionatının mükafatçısı olub.  
 


1 il əvvəl