• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Peşə Təhsil Mərkəzinin məzunları üçün yaradılan iş imkanları

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin “Veb dizayner və proqram təminatçısı” ixtisasının məzunları ilə virtual görüşlər keçirilib.

Azərbaycan Respublikası Təhsil şəbəkəsinin internet operatoru olan “AzEduNet” və “Edumedia-Azərbaycan” şirkətlərinin mütəxəssisləri ilə birlikdə baş tutan görüşlər "Microsoft Teams" platforması üzərindən təşkil edilib. Əsas məqsəd qeyd olunan şirkətlər tərəfindən Mərkəzin təhsilalanları ilə ümumi fəaliyyət istiqamətlərinə dair iş təcrübələrini bölüşmək, təhsilalanların tədris ili ərzində mənimsədikləri bilik və bacarıqlara dair məlumatlanmaq, şirkət  üçün seçim meyarlarını müəyyən etmək və təhsil müddəti ərzində yüksək nəticə göstərən təhsilalanlara iş imkanları yaratmaqdan ibarət olub.

Qeyd edək ki, görüşlər zamanı sözügedən şirkətlərin mütəxəssisləri ilə Mərkəzin təhsilalanları arasında yeni və interaktiv xidmət və həllərə, İKT xidmətlərinə, müasir avadanlıqların effektivliyi və funksionallığına dair müzakirələr aparılıb. Həmçinin məzunların sualları cavablandırılıb.


3 il əvvəl