• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

MenyuMenyu

Sual-cavab

“Ümumi təhsil sahəsində 2019-2020-ci tədris ilinin yekunu və növbəti tədris ilinə hazırlıq” mövzusunda virtual müşavirə

İyulun 3-də Təhsil nazirinin müavini  Məhəbbət Vəliyevanın iştirakı ilə “Ümumi təhsil sahəsində 2019-2020-ci tədris ilinin yekunu və növbəti tədris ilinə hazırlıq” mövzusunda virtual müşavirə keçirilib. Müşavirədə nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsi, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin əməkdaşları, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və yerli təhsili idarəetmə orqanlarının rəhbərləri iştirak ediblər.

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva çıxış edərək 2019-2020-ci tədris ilində əldə edilmiş uğurlar, pandemiyanın təsiri və ona qarşı atılan addımlar haqqında məlumat verib. Nazir müavini həmçinin qarşıdan gələn tədris ili ilə bağlı müvafiq tapşırıqları diqqətə çatdırıb.

Sonra çıxış edən Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu növbəti tədris ilinə hazırlıq, mövcud vəziyyətin yarada biləcəyi çətinliklər və ona qarşı görüləcək tədbirlər haqqında dünya təcrübəsindən danışıb.

Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin əməkdaşı Fidan Nəcəfova “Virtual məktəb” layihəsi üzrə yay aylarında nəzərdə tutulan fəaliyyətlərdən, layihənin müəllim və şagirdlər üçün yaratdığı imkanlardan söz açıb.

Sonda müşavirə iştirakçılarının  sualları cavablandırılıb, həmçinin yay tətili ərzində müxtəlif mövzulu virtual müşavirələrin keçirilməsi qərara alınıb.


03.07.2020 - 16:06