Şagirdlərimiz beynəlxalq müsabiqədə qalib oldu
Böyük Britaniyada keçirilən Beynəlxalq Gənc İnnovasiyalar ( BIEA 2020) müsabiqəsində ölkəmizi təmsil edən komanda uğur qazanıb.
Finalda yer tutan 12 komandadan biri də Azərbaycan komandası olub. Təhsil Nazirliyinin tabeliyindəki akademik Zərifə Əliyeva adına Liseyin şagirdləri Ruslan Bayramov, Elvin Bilalov və Süleyman İsmayılov "Best Effort Award" nominasiyası üzrə yarışmanın ən yaxşısı seçiliblər.
2019-cu ildən Londonda keçirilən müsabiqənin builki mövzusu “Sahilləri qoruyaq” adlanır. Məktəblilərimizin sudan və qurudan plastik tullantıları təmizləmək üçün hazırladıqları qurğu xarici mütəxəssislər tərəfindən yüksək dəyərləndirilib.
Şagirdlərimizin nailiyyəti haqda məlumat xarici mətbuatda da (https://www.openpr.com/news/2080685/innovation-from-young-scientists-to-tackle-beach-plastic-waste) dərc olunub.
3 il əvvəl
Digər xəbərlər
-
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25.04.2024 - 14:42 -
Emin Əmrullayev qırğız həmkarı ilə görüşüb
24.04.2024 - 19:02 -
Azərbaycan və Qırğızıstan arasında təhsil sənədinin imzalanma mərasimi olub
24.04.2024 - 16:39 -
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq
24.04.2024 - 12:55 -
“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir
24.04.2024 - 10:22