• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Ümumi təhsil müəssisələrinin nəzərinə!

Təhsil Nazirliyi tərəfindən ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrinə məktəbdaxili qiymətləndirmələrin rəqəmsal formada təşkilinə dair müvafiq tövsiyələr verilib. Bununla əlaqədar olaraq, Təhsil Nazirliyinin 146-4 “Qaynar xətt” xidməti ümumtəhsil məktəblərindən daxil olan müraciətlərin cavablandırılması üçün fəaliyyət göstərəcək. Belə ki, proses zamanı hər hansı çətinliklə üzləşdiyiniz hallarda qeyd edilən “Qaynar xətt” xidmətinə müraciət edə bilərsiniz.

 

İnternet bağlantısının kəsilməsi, proqram təminatında və kompüter avadanlıqlarında yaranmış problemlər, eləcə də təhsilalanların istifadəçi adı və şifrəsinin bərpasında ortaya çıxa biləcək çətinliklərlə bağlı xidmət tərəfindən operativ dəstək göstəriləcək.

 

Qeyd edək ki, rəqəmsal summativ qiymətləndirmə təhsilalanların nailiyyətlərinin kompüter avadanlıqlarından və müvafiq proqram təminatından istifadə edilərək qiymətləndirilməsidir. 

 

Texniki təminat və internet olmadığı təqdirdə ümumi təhsil müəssisələrində summativ qiymətləndirmələr ənənəvi formada (kağız üzərində) təşkil olunmalıdır.
 


2 il əvvəl