• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İstanbulda ortaq türk dərsliklərinin müzakirəsi təşkil olunub

Beynəlxalq Türk Akademiyası tərəfindən hazırlanmış “Ortaq türk tarixi”, “Türk dünyasının coğrafiyası” və “Ortaq türk ədəbiyyatı” kursu üzrə proqramlar və dərslik layihələrinin yekun qiymətləndirilməsi məqsədilə İstanbulda geniş tərkibdə müzakirə təşkil edilib. 

 

Üç günlük seminarda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstandan adıçəkilən fənlər üzrə ekspertlər, o cümlədən hər bir ölkənin Təhsil Nazirliklərinin nümayəndələri, Beynəlxalq Türk Akademiyasının təmsilçiləri, Türk Dövlətləri Təşkilatının nümayəndələri iştirak edib. 

 

Mütəxəssislər tərəfindən “Ortaq türk tarixi”, “Türk dünyasının coğrafiyası” və “Ortaq türk ədəbiyyatı” proqramları və dərslikləri üzərində işlər aparılıb, layihənin daha keyfiyyətli olması, şagirdlərdə geniş təsəvvür formalaşdırılması, dərsliklərin ideyasının şagirdlərə düzgün çatdırılması, türkdilli dövlətlərdə təhsil alan şagirdlərin zəngin keçmişini bilməsi və onların fikir baxımından yaxınlaşmasına dair müzakirələr edilib. 

 

Müzakirələrin sonunda layihəyə dair ortaq qərarlar qəbul edilib. 
 


1 il əvvəl