• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Könlüm keçir Qarabağdan” adlı respublika incəsənət festival-müsabiqəsinə yekun vurulub

Təhsil Nazirliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə məktəblilər arasında keçirilən “Şuşa ili”nə həsr olunmuş “Könlüm keçir Qarabağdan” adlı respublika incəsənət festival-müsabiqəsinə yekun vurulub.

 

Respublikada fəaliyyət göstərən ümumtəhsil məktəbləri, lisey və gimnaziyaların (incəsənət yönümlü ümumi təhsil müəssisələri istisna olmaqla) istedadlı şagirdləri arasında iki yaş qrupunda (11-14 yaş və 15-17 yaş) 3 mərhələ üzrə keçirilən müsabiqəyə ümumilikdə 10 000-dən çox istedadlı şagird qatılıb. 


6-12 may 2022-ci il tarixlərində 4 nominasiya - ifa, rəqs, dram sənəti, təsviri incəsənət və dekorativ tətbiqi-sənət üzrə Bakı şəhərində keçirilən festival-müsabiqənin final mərhələsində zona mərhələsinin qalibi olmuş iştirakçılar iştirak edib. 


Final mərhələsində peşəkar münsiflər heyəti tərəfindən qaliblər müəyyən olunub. Müsabiqənin nəticələrinə əsasən, ifa nominasiyası üzrə 125, rəqs nominasiyası üzrə 113, dram sənəti üzrə 33, təsviri incəsənət və dekorativ tətbiqi-sənət nominasiyası üzrə 41 məktəbli I, II, III yerlərin qalibi elan olunub.


Festival-müsabiqənin qalibləri Təhsil Nazirliyinin Fəxri Fərman və qiymətli hədiyyələri ilə təltif olunacaq.

 

Festival-müsabiqənin yekun konserti cari ilin 1 iyun tarixində Şuşa şəhərində I yerlərin qaliblərinin iştirakı ilə keçiriləcək. 

 

Qeyd edək ki, festival-müsabiqənin məqsədi uşaq və gəncləri Qarabağın Azərbaycan mədəniyyəti, tarixindəki yeri, işğal illəri və işğaldan sonrakı dövrü ilə tanış etmək, uşaqları milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, onların bədii-estetik səviyyəsini yüksəltmək, incəsənət və mədəniyyətin ayrı-ayrı növləri üzrə istedadları üzə çıxarmaq və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək olub. Həmçinin təhsilalanları vətənpərvərlik, torpağa, dövlət rəmzlərinə, tariximizə hörmət ruhunda tərbiyə etmək, məktəblərin asudə vaxtlarını təmin etmək də məqsədlər sırasındadır. 
 


1 il əvvəl