Təhsil millətin gələcəyidir!HEYDƏR ƏLİYEV
"Məktəb liderliyi" proqramına müraciətlərin qəbulu yekunlaşıb
"Məktəb liderliyi" proqramına elektron sənəd qəbulu mərhələsi üzrə ümumilikdə 1006 müraciət (747 nəfər qadın və 260 nəfər kişi) daxil olub. Müraciət edən namizədlərdən 37 nəfəri direktor, 288 nəfəri direktor müavini, 614 nəfəri müəllim, 66 nəfəri isə digər vəzifələrdə çalışır.
Müraciətçilərdən 843 nəfər sənədləri qaydasında olan ərizəçilər kimi qeydə alınıb. Həmin müraciətçilərdən 354 nəfəri Bakı, 27 nəfəri Sumqayıt, 30 nəfəri Abşeron, 302 nəfər isə digər şəhər və rayonlardandır.
Proqram çərçivəsində təlimlər ilk olaraq Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə təşkil olunacaq
Digər şəhər və rayonlardan olan növbəti mərhələyə keçən namizədlər üçün qiymətləndirmələrin keçiriləcəyi yer və tarix yaxın zamanda elan olunacaq.
Əlavə sualınız olarsa, mekteb.idarechileri@adpu.edu.az ünvanına yaza bilərsiniz.
Qeyd edək ki, proqram Təhsil Nazirliyi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Strateji inkişaf mərkəzi ilə birgə həyata keçirilir.
14.05.2022 - 10:00
Digər xəbərlər
-
Müəllim və şagirdlərin nəzərinə!
25.05.2022 - 18:10 -
Selçuk Bayraktara Azərbaycan Texniki Universitetinin fəxri doktoru adı verilib
25.05.2022 - 15:40 -
“TEXNOFEST Azərbaycan”da “STEAM Azərbaycan” layihəsi
25.05.2022 - 12:30 -
Avropa Fizika Olimpiadasından uğurlu nəticə
25.05.2022 - 11:55 -
Təhsil Nazirliyinin saytında "Sənədlər" bölməsi yenilənib
25.05.2022 - 10:10