• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Riyaziyyat, fizika və biologiya üzrə fənn olimpiadalarının final turu keçirilib

Mayın 14-də riyaziyyat, fizika və biologiya fənləri üzrə respublika fənn olimpiadalarının final turu baş tutub. 

 

Müvafiq fənlər üzrə final turunda 300-ə yaxın şagird iştirak edib. Riyaziyyat və biologiya fənləri üzrə şagirdlərə 3 saat, fizika fənni üzrə isə 4 saat vaxt verilib. 

 

Yoxlama və yazı işlərinə baxış prosesindən sonra nəticələr olimpiada.edu.az saytında elan ediləcək.

 

Qeyd edək ki, olimpiadaların təşkilində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə müvafiq fənlərə olan marağın artırılması, onların  sağlam rəqabət prinsipləri əsasında öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə şərait yaradılmasından ibarətdir.

 

 Respublika fənn olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə həyata keçirilir.


1 il əvvəl