Təhsil naziri Şəmkirdə vətəndaşları qəbul edib
Aprelin 22-də təhsil naziri Emin Əmrullayev Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarında qeydiyyatda olan sakinlər, həmçinin həmin bölgələrdə müvəqqəti məskunlaşmış məcburi köçkünləri qəbul edib.
Pandemiya qaydalarına uyğun olaraq həyata keçirilən qəbulda vətəndaşlar əsasən müəllimlərin işə qəbulu və yerdəyişməsi, direktorların işə qəbulu, işlə təmin olunma, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.
Nazir qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib.
2 il əvvəl
Digər xəbərlər
-
"Elm və ali təhsilin beynəlmiləlləşməsi" mövzusunda tədbir keçirilib
11.12.2024 - 15:20 -
“Məktəblilər üçün teatr pedaqogikası” layihəsi yekunlaşıb
10.12.2024 - 17:00 -
Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransı (NASCO XXVII) başlayıb
10.12.2024 - 15:57 -
Şabran rayonunda vətəndaşlar və təhsil işçiləri ilə görüşlər keçirilib
07.12.2024 - 10:30 -
Nazir Milli Qəhrəman Natiq Qasımov adına Mingəçevir şəhəri 4 nömrəli tam orta məktəbdə olub
06.12.2024 - 18:09