• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil naziri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində olub

Təhsil naziri Ceyhun Bayramov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) olub. Nazir universitetin maddi-texniki bazası, tədris prosesi ilə tanış olduqdan sonra universitet rəhbərliyi və professor-müəllim heyəti ilə görüşüb. Təhsil nazirinə universitetin tarixi, strukturu və tədrisin təşkili barədə ətraflı məlumat verilib.

Universitetin rektoru Ceyran Mahmudova bildirib ki, ölkənin mədəniyyət və incəsənət sahəsi üçün ixtisaslı kadrlar yetişdirən ali təhsil müəssisəsində 2265 tələbə təhsil alır. Universitetin tələbələri ölkənin mədəni həyatında fəal iştirak edirlər.

Təhsil naziri Ceyhun Bayramov qeyd edib ki, universitetlər güclü rəqabət imkanlarına malik olmalı, müasir idarəetmə prinsiplərinə əsaslanmalıdırlar. Nazirin sözlərinə görə, dövrün tələbləri hər bir universitetdən öz keyfiyyətini artırmağı və fəaliyyətini innovativ tədris texnologiyaları əsasında qurmağı tələb edir.

Daha sonra rəssamlıq fakültəsinin müəllim və tələbələrinin əsərlərindən ibarət sərgiyə baxış keçirilib. Nazir teatr sənəti fakültəsinin tələbələrinin məşq prosesində olub və  ADMİU-nun SABAH qrupları tələbələrinin ifasında “Tiran Edip” tamaşasını izləyib.

Sonda Təhsil naziri Ceyhun Bayramov səhnə əsəri haqqında təəssüratlarını bölüşüb.


4 il əvvəl