Video dərslər- təhsilin əlçatanlığı
Təhsil Nazirliyinin video.edu.az portalına 1280-dən çox video dərslər yerləşdirilib. Elektron portalda hər ay belə dərslərin sayı artırılmaqdadır.
Portalda 3D animasiyalı videolar, “Khan Academy” dərsləri və qiymətləndirmə sistemli video dərslər mövcuddur. Dərslər yerli və xarici müəllimlərin iştirakı ilə milli kurikuluma uyğun hazırlanır.
Qeyd edək ki, portal müəyyən mövzunun izahında iştirak edə bilməyən və yaxud mövzunu daha yaxşı mənimsəmək istəyən şagirdlər, həmçinin təcrübəli həmkarlarının dərslərini izləmək istəyən müəllimlər üçün geniş imkanlar təqdim edir. Eyni zamanda portal valideynlərin övladlarının təhsillərində iştirak etməsinə dəstək vermiş olur.
6 il əvvəl
Digər xəbərlər
-
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
09.06.2026 - 16:31 -
Elm və təhsil naziri TDT-nin Baş katibi ilə görüşüb
09.06.2026 - 11:28 -
Elm və təhsil naziri qazaxıstanlı həmkarı ilə görüşüb
09.06.2026 - 09:37 -
Elm və təhsil naziri Türk Akademiyası Elmi Şurasının 8-ci iclasında iştirak edib
08.06.2026 - 19:17 -
Emin Əmrullayev Qırğız Respublikasının maarif naziri Dogdurgul Kendirbayeva ilə görüşüb
08.06.2026 - 18:15
