Təhsil millətin gələcəyidir!HEYDƏR ƏLİYEV
HTP çərçivəsində 2022-2023-cü tədris ilində Macarıstanda təqaüdlə təhsil üçün müraciət edən namizədlərin nəzərinə!
Bildiririk ki, yanvarın 26-dan etibarən Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində 2022-2023-cü tədris ili üzrə Macarıstanda təhsil almaq üçün müraciət edənlər sırasından elan mətnində təqdim edilən meyarlara uyğun gələn namizədlərlə müsahibələr başlanılıb.
Müsahibələr “Microsoft Teams” platforması üzərindən onlayn şəkildə müvafiq ixtisas istiqamətləri üzrə aidiyyəti dövlət qurumlarının nümayəndələri, müvafiq sahələrin ekspertləri tərəfindən aparılır.
Müsahibələrin onlayn aparıldığı nəzərə alınaraq, müsahibə zamanı səs və video yazılışın aparılması səlahiyyəti yalnız Təhsil Nazirliyinə aiddir. Bununla əlaqədar bildiririk ki, namizədlər tərəfindən müsahibələrin səs və ya video yazılışı aparılaraq 3-cü tərəfə ötürüldüyü aşkarlandığı təqdirdə həmin şəxsin müsahibə nəticəsi etibarsız hesab ediləcək.
Namizədlərdən qeyd edilənləri nəzərə alması və şəxsi məlumatların qorunması hüququna hörmətlə yanaşması xahiş olunur.
27.01.2022 - 14:05
Digər xəbərlər
-
Müəllim və şagirdlərin nəzərinə!
25.05.2022 - 18:10 -
Selçuk Bayraktara Azərbaycan Texniki Universitetinin fəxri doktoru adı verilib
25.05.2022 - 15:40 -
“TEXNOFEST Azərbaycan”da “STEAM Azərbaycan” layihəsi
25.05.2022 - 12:30 -
Avropa Fizika Olimpiadasından uğurlu nəticə
25.05.2022 - 11:55 -
Təhsil Nazirliyinin saytında "Sənədlər" bölməsi yenilənib
25.05.2022 - 10:10