• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

VI SABAH Karyera Qış Məktəbinə sən də qatıl!

SABAH Karyera Akademiyası çərçivəsində artıq altıncı dəfədir ki təşkil edilən SABAH Karyera Qış Məktəbində iştirak üçün qeydiyyat prosesi davam edir. 


Qış məktəbində iştirak etmək istəyən tələbələr 25 yanvar 2022-ci il saat 00:00-dək qeydiyyatdan keçməlidirlər. Qeydiyyat linki: https://forms.office.com/r/QQ9jwi1J1r    

  
Qış məktəbində tələbələr SABAH Karyera Akademiyasının tərəfdaş şirkətlərindən olan peşəkar təlimçilərdən uğurlu karyera başlanğıcı üçün lazım olan fundamental bacarıqları öyrənmək imkanı əldə edəcəklər.     


Qeyd edək ki, SABAH Karyera Qış Məktəbi 9-11 fevral 2022-ci il tarixlərində Şamaxıda keçiriləcək. 


Qış məktəbi müddətində tələbələr nəqliyyat, yaşayış və qidalanma, təlim materialları ilə təmin olunacaqlar. 
 


2 il əvvəl