• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Sahibkar məktəbli” müsabiqəsinə yekun vurulub

Yanvarın 12-də uşaq və gənclər arasında hibrid (onlayn və canlı) formatda keçirilən “Sahibkar məktəbli” müsabiqəsinin final mərhələsi və qaliblərin mükafatlandırılması mərasimi təşkil edilib. 


Tədbirdə Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin sektor müdiri Qeyrət Şirəliyev və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə, münsiflər heyətindən “Resursların təkrar emalı - yeni məhsulların dizaynı və istehsalı” nominasiyası üzrə “AzEkol” MMC şirkətinin direktoru Ruslan Ağayev, “Sosial-ictimai sahədə sahibkarlıq” nominasiyası üzə Cəmilə İbrahimova, Avropa İttifaqının maliyyələşdirdiyi BMTİP-nin həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsinin rəhbəri, “İnternet sahibkarlığı” nominasiyası üzrə Nailə Hüseynova, “Competo” MMC-nin İnsan Resursları Departamentinin direktoru, “Ekoloji təmiz məhsul və uşaqlar üçün qidalar” nominasiyası üzrə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi İnstitutunun ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Elməddin Xəlilzadə, “Yeni masa üstü və onlayn oyunlar” nominasiyası üzrə “Tik-Talk” antikafenin, masa üstü oyunları üzrə meneceri Ucal Əzizzadə iştirak edib.


Tədbirdə qeyd edilib ki, 1 oktyabr - 30 dekabr 2021-ci il tarixlərində 2 yaş (10-13, 14-16) qrupu üzrə fərdi və qrup (3 və ya 5 nəfərdən ibarət komandalar) şəklində olmaqla layihəyə Bakı şəhəri və regionlardan ümumilikdə 135 məktəbli müraciət edib.


Müsabiqə üçün biznes layihələri 5 nominasiya üzrə qəbul olunub:
- İnternet sahibkarlığı (satış);
- Sosial, ictimai sahədə sahibkarlıq;
- Yeni masaüstü və onlayn oyunlar;
- Ekoloji təmiz məhsul və uşaqlar üçün qidalar;
- Resursların təkrar emalı - yeni məhsulların dizaynı və istehsalı.


Layihə şərçivəsində Gənc sahibkarlar üçün “Dadashsoy Business School” Elvin Dadaşsoy,  “Social Innovation Lab” Cəsur Həsənov, “FR Collection” Ruslan Hüseynov və digər peşəkar ekspertlər tərəfindən vebinarlar və proqram müddətində Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzində nominasiyalar üzrə professional start-upların və mentorların işi təşkil edilib. 


Tədbirin sonunda qaliblər Təhsil Nazirliyinin hədiyyələri, kubok və diplomlarla təltif edilib.


Qeyd edək ki, Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən müsabiqənin əsas məqsədi məktəblilərin sahibkarlıq bacarıqlarının formalaşdırılması, onlar arasında kiçik biznesin inkişaf etdirilməsi, liderlik potensialı və kreativ düşüncəyə malik olan yaradıcı və istedadlı uşaqların üzə çıxarılmasından ibarətdir.
 


2 il əvvəl