• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Virtual bələdçi Elektron sənəd yoxlanışı

Macarıstanda təhsil üçün son 2 gün qaldı!

Yanvarın 15-də Macarıstan tərəfindən 2022-2023-cü tədris ili üçün elan edilən təqaüd proqramına sənəd qəbulu yekunlaşacaq. Sənəd qəbulu qeyd edilən tarixdə saat 23:59-a kimi aparılacaq. Namizədlər qeyd olunan tarixədək hər iki ölkənin elektron ərizəsini doldurub təsdiq etməlidirlər.

Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı Macarıstan tərəfinin (TPF) yekun qərarının 2022-ci ilin iyun-iyul ayları ərzində təqdim olunması gözlənilir.

Proqram Azərbaycan vətəndaşlarına müəyyən olunmuş ixtisaslar üzrə Macarıstanda təqaüd hesabına təhsil almaq imkanı yaradır.

Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış olmağınız mümkündür.


13.01.2022 - 10:29