• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Virtual bələdçi Elektron sənəd yoxlanışı

Bərpa olunan enerji üzrə yeni təhsil proqramı

Dekabrın 6-da Azərbaycan Respublikası Təhsil Nazirliyi və BP şirkəti arasında yerli universitetlərin birində bərpa olunan enerji mənbələri üzrə yeni ali təhsil proqramının yaradılması ilə bağlı əməkdaşlıq haqqında niyyət protokolu imzalanıb.


Protokol bərpa olunan enerji mənbələri, o cümlədən bu sahədə  istifadə olunan texnologiyalar, üzrə ixtisaslaşan yerli peşəkarların hazırlanması üçün mühüm bir təhsil layihəsinə dair əməkdaşlığın təməlini qoyur. Bu məqsədlə Böyük Britaniya universitetlərindən biri ilə tərəfdaşlıqda yerli ali təhsil müəssisəsində yeni magistr proqramı yaradılacaq.


Protokol çərçivəsində layihənin texniki aspektlərini, o cümlədən  icraçı tərəfdaşın seçim meyarlarını, müəyyənləşdirmək üçün işçi qrup yaradılacaq.

 

Təhsil naziri Emin Əmrullayev imzalanma mərasimində çıxışı zamanı “qara qızıl”ın insan kapitalına çevrilməsi konsepsiyasının gənclərin xaricdə təhsilinin dəstəklənməsinə mühüm imkanlar yaratdığını xatırladıb. Emin Əmrullayev bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"ı çərçivəsində 3500-ə yaxın gənc xaricdə təhsil alıb. 


Bərpa olunan enerji üzrə mütəxəssis hazırlığının vacib olduğunu qeyd edən təhsil naziri bu sahədə BP şirkəti ilə əməkdaşlığı yüksək dəyərləndirib. Emin Əmrullayev deyib ki, proqram çərçivəsində tədqiqat layihələrinin də həyata keçirilməsi planlaşdırılır. 

 

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz deyib: “Azərbaycanın enerji keçidi üzrə səylərini dəstəkləmək məqsədilə Təhsil Nazirliyi ilə uzunmüddətli və uğurlu əməkdaşlığımızı yeni istiqamətdə genişləndirməkdən böyük məmnunluq duyuruq. Təsis edəcəyimiz yeni universitet proqramı ölkənin bərpa olunan enerji sektorunun inkişafı üçün zəruri olan yeni təcrübə və bacarıqların formalaşdırılması üçün nəzərdə tutulub. Bu, Azərbaycanın enerjinin gələcəyinə doğru atdığı addımları və eləcə də şirkətimizin insanlar və planetimiz üçün enerji haqqında təsəvvürləri yeniləmək məqsədini dəstəkləyən gözəl bir layihədir.”


Layihəni Təhsil Nazirliyi və BP birgə maliyyələşdirəcək. BP bu layihəyə 2 milyon ABŞ dolları vəsait qoyacaq. 

 

Yeni magistr proqramı çərçivəsində hər il bərpa olunan enerji mənbələri sahəsində təxminən 40 yerli mütəxəssisin hazırlanması gözlənilir.

 

 


06.12.2021 - 17:00