Noyabrda 235 nəfərin diplomu tanınıb
Təhsildə Keyfiyyət Təminatı Agentliyi noyabr ayı üçün tanınma üzrə müraciətlərin statistikasını açıqlayıb. Belə ki, noyabr ayı üzrə 302 müraciətçinin 235-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 67 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 34, təhsil aldığı ölkədə tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 10, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 13, digər səbəblər üzrə 10 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.
Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda, Türkiyə Respublikasından 106, Rusiya Federasiyasından 79, Ukraynadan 69, Gürcüstandan 11, İtaliya Respublikasından 6, digər ölkələrdən isə 31 müraciətin olduğu müşahidə olunur.
Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 37, iqtisadiyyat üzrə 21, biznesin idarə edilməsi üzrə 12, menecment üzrə 12, tibb üzrə 11 nəfər müraciətçi qeydə alınıb.
Qeyd edək ki, sənədlərə ortalama baxılma müddəti 19 gün təşkil edib.
Vətəndaşlar xarici ali təhsil ixtisaslarının tanınması üçün www.tanınma.az keçidinə daxil ola bilərlər.
2 il əvvəl
Digər xəbərlər
-
“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin bağlanış mərasimi keçirilib
19.04.2024 - 18:00 -
Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib
19.04.2024 - 15:23 -
I sinfə elektron sənəd qəbulunun vaxtı açıqlanıb
19.04.2024 - 14:56 -
"Məktəblinin dostu" layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib
18.04.2024 - 17:01 -
“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin final mərhələsinin II günü - Fotolent
18.04.2024 - 14:10