• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Sağlamlıq imkanları məhdud uşaq və gənclərin “Tut əlimdən!” adlı satış- sərgisi keçirilib

1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 3 dekabr- Beynəlxalq Əlillər Gününə həsr olunmuş sağlamlıq imkanları məhdud uşaq və gənclərin “Tut əlimdən!” adlı satış-sərgisi keçirilib.


Tədbirin keçirilməsində məqsəd sağlamlıq imkanları məhdud uşaq və gənclərin istedad və bacarıqlarını ictimaiyyətə tanıtmaq, onların yaradıcılıq imkanlarına, fəaliyyətlərinin stimullaşdırılmasına, cəmiyyətə inteqrasiyasına dəstək olmaqdan ibarət olub. 


Satış-sərgidə respublika üzrə sağlamlıq imkanları məhdud uşaq və gənclərin dulusçuluq, misgərlik, ağac üzərində oyma, bədii tikmə, toxuma və qurama nümunələri, muncuqla iş, şüşənin bədii tərtibatı, qədim xalq sənəti nümunələrinin bütün növləri üzrə əl işləri nümayiş olunub.


Satış-sərgidə Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Bakı Nəqliyyat Agentliyinin rəsmiləri, təhsil müəssisələrinin pedaqoji və şagird kollektivi iştirak edib.


Qonaqlar tərəfindən maraqla qarşılanan sərgidə əl işlərindən əldə olunan gəlir sağlamlıq imkanları məhdud uşaqlara təqdim olunub.
 


2 il əvvəl