• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Rəqəmsal gələcəyə addım" proqramlaşdırma müsabiqəsinin II mərhələsi yekunlaşıb

Təhsil Nazirliyi və “Alqoritmika” beynəlxalq təhsil şirkəti tərəfindən “Kod Saatı” qlobal hərəkatı çərçivəsində V-IX sinif şagirdləri üçün keçirilən “Rəqəmsal gələcəyə addım” adlı respublika müsabiqəsinin II mərhələsi yekunlaşıb. 

 

Müsabiqədə iştirak üçün ümumillikdə 21 minə yaxın şagird qeydiyyatdan keçib. Onlardan 5500 nəfəri ikinci mərhələyə vəsiqə qazanıb. II mərhələdə ümumilikdə 3936 şagird iştirak edib.  

 

İkinci mərhələnin nəticələrinə əsasən, iştirak edən bütün şagirdlərin elektron poçt ünvanlarına I, II və III dərəcəli diplomlar göndəriləcək. Ən yüksək nəticə göstərən 100 şagird isə müsabiqənin final mərhələsinə dəvət ediləcək.


Final mərhələsi barədə ətraflı məlumat veriləcək. 

 

Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd şagirdlərin proqramlaşdırma dilləri üzrə bacarıqlarını inkişaf etdirmək, yeni texnologiyalar üzrə öyrənilən biliklərin təcrübədə tətbiqi üçün şərait yaratmaq, həmçinin, onların yüksək texnoloji ixtisaslara marağını artırmaqdır.


2 il əvvəl