• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

MenyuMenyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı

ECAR Erasmus + layihəsi çərçivəsində Fransa Rektorlar Konfransı ilə görüşlərə start verilib

ECAR Erasmus + layihəsi çərçivəsində Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli, bir neçə yerli universitetin rektor, prorektor və digər rəhbər işçilərindən ibarət 30 nəfərlik nümayəndə heyətinin Fransaya səfəri təşkil edilib. 

Səfərin məqsədi Fransa Rektorlar Konfransı ilə təcrübə mübadiləsi məqsədli görüşlərin keçirilməsidir. 

Belə ki, Fransa Rektorlar Konfransı (CPU) və Fransa Beynəlxalq Təhsil Mərkəzinin (FEİ) təşkilatçılığı ilə həyata keçirilən görüşlərdə Fransa təhsil sistemi və Fransa rektorlar konfransının ali təhsildə rolu, Fransa Rektorlar Konfransının təşkilati strukturu, maliyyələşmə mexanizmi, üzvlük qaydaları, strateji məqsədləri,  beynəlxalq əlaqələri və CPU-nun digər maraqlı tərəfdaşlarla əməkdaşlığı haqqında iştirakçılara ətraflı məlumat verilməsi planlaşdırılır. Səfərin sonunda CPU-nun universitetlərlə qarşılıqlı əməkdaşlığının öyrənilməsi məqsədilə Sarbon Universitetinə səfər də nəzərdə tutulur.

Qeyd edək ki, ECAR Erasmus + Bakı Biznes Universitetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən, Azərbaycanda Rektorlar Konfransının yaradılması məqsədini daşıyan layihədir. 


25.11.2021 - 11:00