• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

MenyuMenyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı

Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib

Noyabrın 23-də Azərbaycan-Fransız Universitetinin akt zalında (UFAZ) Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib.


Təhsil nazirinin müavini Firudin Qurbanov ilk dəfə 2019-cu ildə nazirlik yanında İctimai Şuranın  yaradıldığını qeyd edib. Sözügedən Şuranın iki illik fəaliyyətindən danışan nazir müavini yeni tərkibdə formalaşacaq Şuraya da ümidlərin böyük olduğunu vurğulayıb. Firudin Qurbanov qeyd edib ki, təhsil sahəsində dövlət siyasətinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması, nazirliyin təhsil məsələlərinə dair vacib hüquqi aktlarının ictimai müzakirəyə çıxarılması, nazirlik tərəfindən qərarlar qəbul edilərkən ictimai rəyin nəzərə alınması mexanizminin təkmilləşdirilməsi və nazirliyin fəaliyyətinin əsas istiqamətləri barədə ictimaiyyətin məlumatlandırılması Şuranın əsas vəzifələri sırasındadır.


Firudin Qurbanov çıxışının sonunda qurumun təhsilin inkişafına töhfə verəcəyinə ümidvar olduğunu bildirib və hər bir namizədə uğurlar arzulayıb.


 Təhsil nazirinin müşaviri Elnur Nəsibov da öz növbəsində İctimai Şuranın yaradılması istiqamətində nazirlik tərəfindən indiyədək görülən işlər barədə məlumat verib. Elnur Nəsibov bildirib ki, 1-28 oktyabr 2021-ci il tarixlərində İctimai Şuraya üzvlük üçün ümumilikdə 47 elektron müraciət daxil olub, onlardan 16 namizədin sənədləri elanın tələb və qaydalarına uyğun olduğu üçün müraciətinə müsbət rəy verilərək qeydiyyata alınıb. Həmçinin, sənəd qəbulu prosesi ərzində seçici kimi qeydiyyata alınmaq üçün ümumilikdə 167 müraciət daxil olub. Müraciət edən 60 vətəndaş cəmiyyəti institutu təmsilçilərinin sənədləri müvafiq tələblərə uyğun olduğu üçün müraciətlərə müsbət rəy verilərək qeydə alınıb.


Çıxış edən təhsil nazirinin müşaviri Simuzər Feyzullayeva seçiciləri seçkilərin keçirilməsi və səsvermə prosesinin qaydaları ilə tanış edib. 


Daha sonra səsvermə keçirilib.


Səsvermə nəticəsində seçicilərin yarısından çoxunun səslərini  toplayan 5 nəfər üzv seçilib. Boş qalan 4 yer üzrə təkrar seçkilərin keçirilməsi nəzərdə tutulur. Bildirək ki, Nazirlik yanında İctimai Şura üzvlərinin say həddi 9 nəfər müəyyən edilib.


23.11.2021 - 18:43