Nazir müavini UNESCO-nun Qlobal Təhsil Konfransında çıxış edib
Oktyabrın 26-da təhsil nazirinin müavini Muxtar Məmmədov UNESCO-nun təşkilatçılığı ilə keçirilmiş “Nifrət nitqinə qarşı mübarizədə təhsilin rolu” mövzusunda qlobal təhsil konfransında çıxış edib.
Onlayn təşkil olunmuş tədbirdə BMT-nin baş katibi Antonio Qutereş, UNESCO-nun Baş direktoru Odri Azulay, 40-a yaxın ölkənin təhsil üzrə rəhbər şəxsləri iştirak edib.
Konfrans zamanı çıxış edən Muxtar Məmmədov ölkəmizdə multikulturalizm ənənələrinin və tolerantlığın təşviqi istiqamətində təhsil sahəsində görülən işlər barədə məlumat verib, post-münaqişə dövründə regionda sülhün möhkəmləndirilməsi, qarşılıqlı hörmətin təşviqi istiqamətində təhsil sisteminin töhfələrindən yararlanmağın vacibliyini vurğulayıb.
Nazir müavini həmçinin qeyd edib ki, ötən il soydaşlarımız Ermənistan dövləti və diasporanın dəstəyi ilə internet resursları üzərindən həyata keçirilmiş nifrət nitqi kampaniyasının hədəfi olub. Bu mənada multikultural Azərbaycandan fərqli olaraq Ermənistan digər millətin nümayəndələrinə qarşı nifrət nitqi və dözümsüzlüyü təbliğ edən dövlət olaraq qalmaqdadır.
2 il əvvəl
Digər xəbərlər
-
“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin bağlanış mərasimi keçirilib
19.04.2024 - 18:00 -
Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib
19.04.2024 - 15:23 -
I sinfə elektron sənəd qəbulunun vaxtı açıqlanıb
19.04.2024 - 14:56 -
"Məktəblinin dostu" layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib
18.04.2024 - 17:01 -
“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin final mərhələsinin II günü - Fotolent
18.04.2024 - 14:10