• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Təhsil avtobusu – Qayıdış” layihəsinin bağlanış mərasimi keçirilib

Oktyabrın 25-də Təhsil Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və Kapital Bankın əsas dəstəyi ilə keçirilən "Təhsil avtobusu – Qayıdış" layihəsinin bağlanış və dəstək olan qurumların mükafatlandırılması mərasimi baş tutub.

 

Mərasimdə təhsil nazirinin müavini Firudin Qurbanov, millət vəkilləri, “Regional İnkişaf” İctimai Birliyi, Kapital Bankın rəsmi nümayəndələri, layihənin təşkilatçıları və tərəfdaş qurumların təmsilçiləri iştirak edib.

 

Təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək “Azərbaycan üçün öyrət” təhsil proqramı üzrə artıq beşinci dəfə həyata keçirilən və Qarabağa qayıdışa həsr olunan layihənin Qarabağlı şagirdlərin şəxsi inkişafı, dünyagörüşünə müsbət təsir etdiyini qeyd edib və bu istiqamətdə tərəfdaş qurumların verdiyi dəstəyin rolunun yüksək olduğunu vurğulayıb.

 

Daha sonra çıxış edən layihə rəhbəri Ülviyyə Axundova layihə barədə ətraflı məlumat verib və qeyd edib ki, layihə çərçivəsində “Təhsil avtobusu” 1500 km-dən çox məsafəni qət edərək işğaldan azad olunan bölgələrin (Şuşa, Ağdam, Kəlbəcər, Xocalı, Xocavənd, Laçın, Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli) şagirdlərinin yaşadığı və təhsil aldığı rayonların marşrutu üzrə (Bakı-Sumqayıt-Sabirabad-Ağcabədi-Bərdə-Gəncə-Oğuz-Bakı) səfər edilib və Qarabağın 53 məktəbindən olan 198 şagird layihəyə cəlb olunub. Səfər edilən bölgələr üzrə məktəblərdə təhsil alan, zəif və orta göstəriciyə malik VI-IX sinif şagirdlərinin cəlb edildiyi layihə çərçivəsində incəsənət və yaradıcılıq, peşə, sağlamlıq, debat və natiqlik, vətənpərvərlik, şəxsi inkişaf istiqamətində təlimlər və “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib.

 

Bildirilib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun həyata keçirilən layihə keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasına xidmət edən təhsil proqramıdır. Layihənin məqsədi korporativ sosial məsuliyyət çərçivəsində təhsilin keyfiyyətinin yüksəldilməsində ictimaiyyətin iştirakına imkan yaradılması, şagirdlərin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, təhsilə olan marağının artmasına şərait yaratmaq və qayıdış prosesinə şagirdlərin adaptasiyasına şərait yaratmaqdır.

 

 “Təhsil avtobusu – Qayıdış” layihəsi Təhsil Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “Kapital Bank”ın əsas dəstəyi, “Vətəndaş Cəmiyyətində Debat” İB, “Qarabağa dönüş” İctimai Birliyi, “Vitam” Reklam və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi, “Spatrix”, Azərbaycan İntellektual Klublar Assosiasiyası, “Asmart” yaradıcılıq mərkəzi, Azərbaycan Skautlar Assosiasiyası, “Bir” tələbə-könüllü proqramı, “Kids Inc.”, proqramı, SABAH qrupları, “Edumap” Təhsil portalının tərəfdaşlığı ilə keçirilir.


2 il əvvəl