• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

MenyuMenyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı

“WorldSkills Shanghai 2022” beynəlxalq yarışlarda iştirak üçün aşpazlıq üzrə milli müsabiqə keçirilir

“WorldSkills Shanghai 2022” beynəlxalq bacarıq yarışlarında ölkəmizi təmsil edəcək gənclərin müəyyən edilməsi üçün aşpazlıq üzrə milli müsabiqəyə start verilib.

 

Beş mərhələdən ibarət olan müsabiqəyə qeydiyyat 17 - 22 yaş arası gənclər üçün açıqdır. Qeydiyyat mərhələsi başa çatdıqdan sonra namizədlər arasından seçilmiş iştirakçıların aşpazlıq üzrə nəzəri və praktiki bilikləri beynəlxalq aşpazlar tərəfindən qiymətləndiriləcək. Daha sonra ən yaxşı nəticə göstərən 5 iştirakçı "CÀSÀ" Kulinariya Mərkəzində ödənişsiz əsaslarla peşəkar aşpaz mütəxəssislərin hazırladığı təlim-təcrübə proqramına cəlb olunacaq.

 

Müsabiqənin sonunda qalib şəxs “CÀSÀ” Kulinariya Mərkəzi tərəfindən "Diplom proqramları" üçün təqaüd əldə edəcək və növbəti ilin 12-17 oktyabr tarixlərində Azərbaycanı “WorldSkills Shanghai 2022” bacarıq yarışlarında təmsil etmək hüququ qazanacaq.

 

Müraciətlər 5 noyabr 2021-ci il tarixinədək qəbul edilir. İştirakçılar keçid linki  vasitəsilə qeydiyyatdan keçə və seçim mərhələsinin şərtləri ilə tanış ola bilərlər.

 

Qeyd edək ki, müsabiqə Peşə Təhsili üzrə Dövlət Agentliyi, “WorldSkills Azerbaijan” platforması və “CÀSÀ” Kulinariya Mərkəzinin əməkdaşlığı çərçivəsində həyata keçirilir.


22.10.2021 - 11:00