• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“44 Gün" respublika virtual yaradıcılıq müsabiqəsi davam edir

Ümumtəhsil məktəblərinin (incəsənət təmayüllü məktəb və liseylər istisna olmaqla) şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında keçirilən "44 Gün" respublika virtual yaradıcılıq müsabiqəsinə müraciətlərin qəbulu davam edir.

 

 Müsabiqə təsviri sənət, şeir və esse nominasiyalar üzrə 3 yaş (6-9, 10-13, 14-17) qrupunda və 3 mərhələdə onlayn platformada keçirilir. 

 

Müsabiqə aşağıdakı mərhələlər üzrə təşkil edilib: 

 

I mərhələ - 4-20 oktyabr 2021-ci il. Müsabiqəyə qatılmaq istəyən iştirakçılar Təsviri sənət nominasiyası üzrə əl işlərinin fotoşəklini incesenet.art@list.ru şeir nominasiyası üzrə videogörüntüləri biz.birinci@gmail.com esse nominasiyası üzrə işləri ugim.esse@mail.ru elektron poçt ünvanlarına göndərməlidir. 

 

II mərhələ - 20 oktyabr-4 noyabr 2021-ci il. Münsiflər heyəti tərəfindən qiymətləndirilmənin aparılması və qaliblərin müəyyənləşdirilməsi. 

 

Hər yaş qrupu üzrə I, II, III yerlərə layiq görülən iştirakçılar Təhsil Nazirliyi 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplom və hədiyyələri ilə təltif olunacaq, qalib işlər kütləvi informasiya vasitələrində geniş işıqlandırılacaq.

 

 Müsabiqə ilə bağlı sual yarandığı halda +994 12 597 13 42 və +994 50 497 97 55 telefon nömrələri ilə əlaqə saxlanıla bilər.

 

 Qeyd edək ki, müsabiqə Təhsil Nazirliyinin dəstəyi və  1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilir.


2 il əvvəl