• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Ali təhsil müəssisələrində yenilik

2021-2022-ci tədris ili ərzində Təhsil Nazirliyi və "Code Academy" şirkətinin əməkdaşlığı çərçivəsində ali təhsil müəssisələrinin ümumilikdə 1000-ə yaxın tələbəsi İnformasiya Texnologiyaları ixtisaslarının aktual istiqamətləri üzrə tədris proqramlarına cəlb olunacaq.

 

İlkin mərhələdə Bakı Dövlət Universiteti və Azərbaycan Texniki Universitetininin müvafiq ixtisaslarda təhsil alan 150-ə yaxın tələbəsinə proqramlaşdırma, şəbəkə administratorluğu, İT mütəxəssisi (helpdesk), sistem və bulud texnologiyaları modullarının öyrədilməsi nəzərdə tutulub.


2 il əvvəl