• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azad Rəhimovun xatirəsinə həsr edilmiş şahmat turnirinin açılış mərasimi

Oktyabrın 8-də mərhum gənclər və idman naziri Azad Rəhimovun xatirəsinə həsr edilmiş şahmat turnirinin açılış mərasimi olub.

Məktəblilər arasında təşkil edilən turnirin açılışından əvvəl nazirliyin rəhbərliyi və kollektivi, eləcə də tədbir iştirakçıları İkinci Fəxri xiyabanda Azad Rəhimovun xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Təhsil Nazirliyinin tabeliyindəki 132-134 nömrəli təhsil kompleksinin akt zalında keçirilən açılış mərasimində əvvəlcə Azad Rəhimov haqda hazırlanmış qısametrajlı film nümayiş olunub. Sonra gənclər və idman naziri Fərid Qayıbov, təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov, Məktəb İdmanları Federasiyasının prezidenti Sevinc Hüseynova, təhsil kompleksinin direktoru Sara Xanlarova çıxış ediblər.

Yarışa qonaqlarla nazirin ailə üzvlərinin ilk şahmat gedişi etməsi ilə start verilib.
Sonra Azad Rəhimovun vaxtilə təhsil aldığı bu məktəbdə yaradılmış xatirə guşəsinə baxış keçirilib.

Qeyd edək ki, oktyabrın 8-də – Azad Rəhimovun doğum günündə start verilən turnir 3 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbində ayın 15-dək davam edəcək. Klassik turnirdə 9 rayon və şəhərdən 16 yaşadək 100-dən çox məktəbli şahmatçı yarışacaq.


2 il əvvəl