• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Ağcabədi və Şirvanda təhsil işçilərinin sentyabr konfransı keçirilib

Sentyabrın 16-da Ağcabədi və Şirvanda təhsil işçilərinin sentyabr konfransı keçirilib.


Ağcabədi rayon Bayraq Muzeyinin inzibati binasında keçirilən Ağcabədi, Ağdam, Füzuli, Laçın, Tərtər və Xocavənd rayonları üzrə  təhsil işçilərinin sentyabr konfransında Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov, Təhsil İnstitunun əməkdaşı Nəzakət Mehdiyeva,  10 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəhbər işçiləri, sözügedən bölgələrin təhsil şöbələrinin müdirləri, ümumi təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.


Konfrans Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.


Konfransı giriş nitqi ilə açan Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir müavini Orxan Abbasov konfransın işinə uğurlar arzulayıb.


Daha sonra Təhsil İnstitunun əməkdaşı Nəzakət Mehdiyeva, Vətən müharibəsi iştirakçısı Bəxtiyar Əliyev və gənc müəllim Əsmər Mehtiyeva  çıxış ediblər. Hər bir rayon və şəhər üzrə əldə edilən nailiyyətlər tədbir iştirakçılarının nəzərinə çatdırılıb.


Çıxış edən məktəb direktorları ötən tədris ili üzrə əldə olunan uğurlar haqda məlumat veriblər.


Konfrans müzakirələrlə davam etdirilib, təhsil işçilərini maraqlandıran suallar cavablandırılıb.  

 

***

 

Şirvan şəhər Gənclər Evinin  inzibati binasında keçirilən  Şirvan şəhər, Hacıqabul, Salyan, Biləsuvar, Cəbrayıl və Neftçala rayon  təhsil işçilərinin sentyabr konfransında Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin əməkdaşı Firidun Həmzəyev, Şirvan  şəhər İcra Hakimiyyətinin Başçısı İlqar Abbasov, sözügedən bölgələrin təhsil şöbələrinin müdirləri, ümumi təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.    

 

Konfrans Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

 

Konfransı giriş nitqi ilə açan Şirvan  şəhər İcra Hakimiyyətinin  Başçısı İlqar Abbasov konfransın işinə uğurlar arzulayıb.

 

Daha sonra nazirliyin əməkdaşı Firidun Həmzəyev konfransda iştirak edən şəhər və rayonlar üzrə 2020-2021-ci tədris ilinə dair hesabat nitqi ilə çıxış edib. Hər bir rayon və şəhər üzrə əldə edilən nailiyyətlər, buraxılış imtahanlarında göstərilən nəticələrə və nöqsanlar tədbir iştirakçılarının nəzərinə çatdırılıb, yeni dərs ilində qarşıda duran əsas hədəflərə toxunulub. Sonda Firidun Həmzəyev təhsil işçilərinə uğurlar arzulayıb.

 

Tədbir “Vətən müharibəsi iştirakçısı” olan Şirvan  şəhər  S.Hüseynov adına 1 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Kamal   Həsənov   və B.Aslanov adına 16  nömrəli tam orta məktəbin gənc müəllimi Nailə  Əliyevanın çıxışları ilə davam edib.

 

Konfransda Biləsuvar liseyinin icraçı direktoru Bəhruz Mehdiyevin “Məktəb idarəetməsinin prioritetləri” barədə çıxışı dinlənilib.  

 

Konfransın sonunda yeni tədris ilinin prioritet məsələləri haqqında fikir mübadiləsi aparılıb, konfrans iştirakçılarını maraqlandıran məsələlərə aydınlıq gətirilib.


2 il əvvəl