• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Peşə təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı apellyasiya mərhələsi başlayır

Peşə təhsil müəssisələrinə qəbul və nəticələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən Apellyasiya Komissiyası yaradılıb. Komissiya apellyasiya müraciətlərinə baxılması üçün 15-17 sentyabr tarixlərində fəaliyyət göstərəcək.

 

15 sentyabrdan etibarən müraciətçilər həm elektron qaydada portal.edu.az saytına daxil olmaqla açıq olan vakant yerlərə müraciətlərini göndərə, həm də Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə (ünvan: Binəqədi rayonu, Koroğlu Rəhimov 70) yaxınlaşaraq birbaşa Apellyasiya Komissiyasına öz müraciətlərini ünvanlaya bilərlər. Komissiyaya yerində müraciət edə bilməyən şəxslər qeyd edilən tarixlərdə office@vet.edu.gov.az elektron poçt ünvanına müraciətlərini yazılı məktubla göndərə bilərlər.

 

Portal.edu.az saytı vasitəsilə müraciət aşağıdakı ardıcıllıqla həyata keçirilməlidir:

1. Şəxsi kabinetə daxil olunur;

2. “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidmətinə keçid edilir;

3. “Müraciət et” bölməsinə daxil olunur;

4. Şəxsi məlumatlar daxil edilir;

5. Əvvəlki təhsil məlumatları daxil edilir;

6. Ekranda görünən vakant yerlərdən biri seçilib müraciət edilir;

7. Təsdiq aldığı təqdirdə, sənədlər peşə təhsil müəssisəsinə təqdim edilməlidir.

 

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Apellyasiya Komissiyası 15-17 sentyabr tarixlərində saat 10:00-dan 17:00-dək fəaliyyət göstərəcək. Göstərilən saatlar daxilində vətəndaşların müraciətlərinə yerində baxılacaq.

 

Office@vet.edu.gov.az elektron poçt ünvanına 15-17 sentyabr tarixində edilmiş apellyasiya müraciətləri komissiya tərəfindən cavablandırılacaq. Müraciət göndərərkən mütləq ad, soyad, ata adı və əlaqə nömrəsi qeyd olunmalıdır.

 

Qeyd edək ki, hər bir vakant yerə ilk müraciət edən şəxs şəxsi kabinetinə müsabiqədən keçməsi ilə bağlı bildiriş alacaq və həmin şəxs bildiriş aldıqdan sonra 17 sentyabr tarixinədək sənədlərini qəbul olunduğu təhsil müəssisəsinə təqdim etməlidir.

 

Apellyasiyaya ilk iki mərhələdə uğursuz nəticə göstərən və ya ümumiyyətlə daha öncə müraciət etməyən şəxslər müraciət edə bilər. Daha əvvəl hər hansı peşə təhsil müəssisəsinə qəbul olunan və sənədlərini təsdiq edən şəxslər ixtisas dəyişdirilməsi məqsədilə müraciət edə bilməzlər.


2 il əvvəl