• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Ağdaş və Balakəndə məktəb açılışı

Sentyabrın 14-də Ağdaş rayonu Orta Ləki kənd tam orta məktəbi üçün tikilmiş yeni tədris binasının açılış mərasimi keçirilib.

 

 Açılış mərasimində Təhsil Nazirliyinin Lisey, gimnaziya və özəl ümumi təhsil müəssisələri ilə iş sektorunun müdiri Fuad Qarayev, Ağdaş rayon İcra Hakimiyyətinin başçısının müavini Aynur Novruzova, Ağdaş rayon Təhsil şöbəsinin müdiri Hürü Əliyeva iştirak edib.

 

Bildirilib ki, yeni tikilmiş məktəb 480 şagird yerlikdir.  23 sinif otağından ibarət ümumi təhsil müəssisəsində  3 laboratoriya, 2 texnologiya,  informatika, gənclərin çağırışaqədərki hazırlığı kabineti, məktəbəhazırlıq otağı, 195 yerlik akt zalı, idman zalı, kitabxana və yeməkxana fəaliyyət göstərəcək.

 

Açılış mərasimindən sonra qonaqlar məktəbdə yaradılmış hər bir şəraitlə yaxından tanış olublar. 

 

***

 

Sentyabrın 14-də Balakən rayonu Gərəkli kənd tam orta məktəbi üçün yeni tikilmiş tədris binasının açılış mərasimi keçirilib.

 

Açılış mərasimində Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, Təhsil Nazirliyinin əməkdaşları, Balakən Rayon Təhsil Şöbəsinin müdiri Elçin Musayev iştirak edib.

 

Bildirilib ki, yeni tikilmiş məktəb 264 şagird yerlikdir. 11 sinif otağından ibarət ümumi təhsil müəssisəsində 2 laboratoriya, 5 fənn kabineti, məktəbəhazırlıq otağı, 72 yerlik akt zalı, idman zalı, kitabxana və bufet fəaliyyət göstərəcək.Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz edilib, həyətində müasir qazanxana sistemi quraşdırılıb.

 

2021-2022-ci tədris ilində təhsil müəssisəsində 235 şagird, məktəbəhazırlıq qrupunda isə 22 uşağın təhsil prosesinə cəlb olunması planlaşdırılır. Təhsil müəssisəsində 34 nəfər pedaqoji, 15 nəfər texniki işçi çalışır. Balakən rayonunda 35 tam orta, 9 ümumi orta, 4 ibtidai olmaqla, ümumilikdə 48 ümumi təhsil müəssisəsi, 2 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir.

 

Açılış mərasimindən sonra qonaqlar məktəbdə yaradılmış şəraitlə yaxından tanış olublar.


2 il əvvəl