• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib

Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) rəhbərliyi arasında görüş keçirilib.

 

Görüşün məqsədi Agentliyin fəaliyyəti barədə Şuranı məlumatlandırmaq və onun fəaliyyəti ilə bağlı ictimaiyyətin rəylərini öyrənməkdən ibarət olub.

 

Görüşdə Agentliyin İdarə Heyətinin sədri Eldar Orucov TKTA-nın fəaliyyəti barədə təqdimat edib və cari il ərzində görülən işlər barədə hesabat verib.

 

Daha sonra  İctimai Şuranın üzvlərinin ünvanladıqları suallar cavablandırılıb.

 

Görüşdə Agentliyin fəaliyyət istiqamətlərinə dair rəy və tövsiyələr verilib, ictimaiyyəti maraqlandıran məsələlərə toxunulub.

 

Sonda TKTA və İctimai Şura arasında əməkdaşlığın davam etdirilməsi qərara alınıb.


2 il əvvəl