• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Tullantıdan incəsənətə” sərgisinə ekskursiya təşkil edilib

Bakı Dənizkənarı Bulvarda “NARGIS” Nəşriyyat evi tərəfindən təşkil edilən yararlı tullantı materiallarından hazırlanan sənət əsərləri sərgisinə ekskursiya təşkil edilib. Ekskursiyada Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında respublika turnirinin proqramına daxil olan futbol idman növü üzrə finala vəsiqə qazanan komandalar iştirak edib. 

 

Ekskursiya zamanı uşaqlara tullantıların düzgün utilizasiyası, təkrar emal edilə bilməyən materialların zərəri və tullantıların sənət əsərlərinin yaradılması məqsədilə istifadə olunması haqqında ətraflı məlumat verilib.  

 

Qeyd edək ki, sərgidə yararlı tullantı materiallarından hazırlanan 15 sənət əsəri nümayiş olunur. Sərgidə Təhsil Nazirliyinin Respublika Uşaq-gənclər inkişaf mərkəzi ilə “NARGIS” Nəşriyyat evi tərəfindən 2019-cu ildə keçirilən ən yaxşı instalyasiya müsabiqəsinin qalibi olmuş Bakı Avropa Liseyinin şagirdləri tərəfindən hazırlanmış "Eynşteynin Portreti" paneli də yer alıb.


2 il əvvəl