• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Qarabağ Könüllüləri” Klubu yaradılıb

"Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyi tərkibində Qarabağ Könüllüləri Klubu fəaliyyət göstərəcək.

 

Klubun məqsədi Qarabağ könüllülərini birləşdirmək, Qarabağa qayıdış prosesində, quruculuq və bərpa işlərində keçirilən aksiyalarda könüllü dəstəyini göstərməklə yanaşı, onların şəxsi inkişafına, gələcək fəaliyyətlərinə təkan verməkdir.

 

Klub çərçivəsində üzv tələbə-könüllülər üçün müxtəlif istiqamətlərdə təlimlər, infosessiyalar, müxtəlif məzmunlarda şəxsi inkişaf yönümlü könüllü tədbirləri keçiriləcək.

 

Kluba üzv olmaq istəyən tələbə-könüllülər müvafiq linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər: https://karabakh.konullu.edu.az

 

Qeyd edək ki, Təhsil Nazirliyinin “Bir” tələbə-könüllü proqramı milli könüllü platforması kimi 25 mindən çox tələbə-könüllü üzvə malikdir. Tələbələrin şəxsi inkişafı və asudə vaxtının səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 600-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. BİR könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.  


2 il əvvəl