• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil naziri brifinq keçirib

İyunun 18-də təhsil naziri Emin Əmrullayev ölkə prezidentinin müvafiq fərmanı ilə Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılmasına dair brifinq keçirib. 

 

Təhsil naziri məlumat verib ki, Fondun yaradılmasında əsas məqsəd ali təhsilin hamı üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılmasıdır. Təhsil Tələbə Krediti Fondunun ali təhsil sahəsində mühüm dəyişikliklərə gətirib çıxaracağını deyən nazir qeyd edib ki, bununla da sosial həssas qrupa aid olan şəxslərin ali təhsil almaq imkanları genişlənəcək. 

 

Nazirin sözlərinə görə, Fərmandan irəli gələn məsələlər müəyyən qaydalarla tənzimlənəcək. Kreditlər sosial həssas qrupdan olan tələbələr üçün nəzərdə tutulub. Bu qrupa aid olmayanlar üçün isə qaydalar açıqlanacaq. Müvəffəqiyyət göstəricisi olan və kredit alan tələbə ilə bağlı müvafiq güzəştlər nəzərə alınacaq. Kreditin məbləği təhsil haqqı məbləğindən artıq olmayacaq. 

 

Təhsil naziri əlavə edib ki, növbəti tədris ilindən təhsil kreditlərinin verilməsi mümkün olacaq. Təhsil krediti hər tədris ili üzrə veriləcək. Fondun Nizamnamə kapitalı 80 milyon manat nəzərdə tutulub, amma gələcəkdə Fondun maliyyəsi artırıla bilər. Təhsil Tələbə Kredit Fondundan həm dövlət, həm də özəl təhsil müəssisəsində təhsil alan tələbələr istifadə edə bilər. 

 

Sonda media nümayəndələrini maraqlandıran çoxsaylı suallar cavablandırılıb. 


2 il əvvəl