• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

MenyuMenyu

Sual-cavab

“Əziz Şuşa, sən azadsan” adlı tədbirlər

Təhsil  Nazirliyi  Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Əziz Şuşa, sən azadsan!" adı altında tədbirlər həyata keçirilib.

 

Tədbirlərin məqsədi işğal altındakı bütün torpaqlarımızın, o cümlədən Qarabağın döyünən ürəyi - Şuşanın azad edilməsini qeyd etmək, uşaq və gənclərdə hərbi vətənpərvərlik ruhunu daha da yüksəltmək, onlara milli həmrəylik hisslərini aşılamaq, həmçinin istedadlı uşaqları üzə çıxarmaqdan ibarət olub.

 

Mərkəzin istedadlı yetirmələri tərəfindən Qarabağın işğaldan azad olunması ilə bağlı "Şuşa", "Azərbaycanım" adlı şeir və mahnı bəstələnib, "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!" adlı inşa hazırlanıb.

 

Mərkəzin gənc rəssamlarının "Şuşanın zəfəri" mövzusunda çəkdikləri rəsmlərdən ibarət virtual sərgi və dərnək üzvlərinin hazırladıqları videoçarxlar sosial şəbəkələrdə nümayiş olunub.

 


08.05.2021 - 15:15