• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Təhsildə təlim və tərbiyənin vəhdəti" müzakirə edilib

Mayın 5-də Təhsil Nazirliyi yanında İctimai Şura tərəfindən “Təhsildə təlim və tərbiyənin vəhdəti" mövzusunda onlayn müzakirə təşkil edilib.

 

Müzakirədə çıxış edən Şuranın sədri Şahlar Əsgərov tərbiyənin inkişafında ictimai mənafenin önəmindən söz açıb.

 

Daha sonra təhsil nazirinin müşaviri Elnur Nəsibov mövzunun əhəmiyyətinə toxunaraq ictimai davranış qaydalarının hazırlanmasının vacibliyinə diqqət çəkib.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva da öz növbəsində zəfər tarixindəki qələbəmizi təlim və tərbiyənin uğurlu nəticəsi kimi nümunə olaraq qeyd edib.

 

Müzakirədə iştirak edən Şuranın digər üzvləri millət vəkili Etibar Əliyev, Nadir İsrafilov, Hikmət Əlizadə, Mirzə Cəfərzadə, Təhsil İnstitutunun direktor müavini Ənvər Abbasov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tərbiyə işləri üzrə prorektoru Fikrət Rzayev və digər iştirakçılar mövzuya dair fikirlərini bölüşüblər, tərbiyənin elmi, pedaqoji və fəlsəfi aspektlərinə toxunublar. Bildirilib ki, tərbiyə və təlimin daha da təkmilləşdirilməsi üçün məktəb, ailə və cəmiyyət əməkdaşlığının inkişafı önəmlidir. Bu istiqamətdə tədqiqat və marifləndirmə işlərinin davamlı aparılması zəruridir.

 

Yekunda Şura tərəfindən ictimai davranış qaydalarının hazırlanması ilə bağlı səsləndirilən təklif qəbul edilib.


2 il əvvəl