• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

VI Respublika fənn müsabiqələrinin ilk mərhələsinin nəticələri açıqlanıb

Ümumtəhsil məktəblərinin  VI-VII sinif şagirdləri arasında keçirilən VI Respublika  fənn müsabiqələrinin  rayon (şəhər) mərhələsinin nəticələri məlum olub.

 

Riyaziyyat, informatika, fizika, kimya və biologiya fənləri üzrə  keçirilən bilik yarışının ilkin mərhələsində 22531 şagird iştirak edib. 

 

Rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən, müvafiq fənlər üzrə iştirakçıların 20 faizi növbəti final mərhələsində iştirak hüququ əldə ediblər. Fənn müsabiqələrinin final mərhələsinin may ayının sonunda keçirilməsi planlaşdırılır.

 

 Rayon ( şəhər) mərhələsinin nəticələri ilə olimpiada.edu.az saytından tanış ola bilərsiniz.

 

Qeyd edək ki, fənn müsabiqələrinin keçirilməsində əsas məqsəd istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması və onlarla məqsədyönlü işlərin aparılmasından ibarətdir. Fənn müsabiqəsi qalibləri beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə dinləyici qismində dəvət ediləcək, eyni zamanda müvafiq ixtisaslar üzrə liseylərə müsabiqədənkənar qəbul olma imkanına sahib olacaqlar.


2 il əvvəl