• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İntellektual yarışın qalibləri müəyyən olunub

Mayın 2-də “Ağıllı şəhər-Bakı” layihəsi çərçivəsində dahi şair Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş intellektual yarış keçirilib. Yarış Təhsil Nazirliyinin təşkilatçılığı və “Kapital Bank”ın dəstəyi ilə baş tutub.

 

IX-XI siniflər arasında keçirilən yarışda respublika üzrə 292 komanda iştirak edib. İştirakçılar Nizami Gəncəvinin həyat və yaradıcılığını əhatə edən 24 sualı cavablandırıblar.

 

Nəticələrə əsasən, I yerə Şirvan şəhər 1 nömrəli məktəbin “Moonlight” komandası, II yerə  Bakı şəhər “Zəkalar” liseyinin eyniadlı komandası, III yerə isə  Bakı Avropa liseyinin  “Avropa” komandası layiq görülüb. Qalib sırasında ilk onluqda Şəki, Gəncə və Sumqayıt komandaları da yer alır.

 

Qaliblər diplom, medal və hədiyyələrlə təltif ediləcəklər.

 

Qeyd edək ki, Təhsil Nazirliyi və “Ağıllı şəhər-Bakı” layihəsi arasında bir ildən çoxdur davam edən əməkdaşlıq çərçivəsində məktəblilər üçün Azərbaycan və rus dillərində həftəlik oyunlar təşkil edilir. Bu müddət ərzində VI-IX siniflər arasında respublika çempionatı və respublika kuboku da keçirilib.


2 il əvvəl