• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Şəki, Gəncə, Mingəçevir şəhərlərinin fəal tələbə-könüllüləri ilə görüş

Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramı tərəfindən region tələbə-könüllüləri ilə mütəmadi görüşlər keçirilir.

“Bir” Tələbə-Könüllü proqramının nümayəndələrinin tələbə-könüllülərlə növbəti görüşü Mingəçevir, Şəki, Gəncə şəhərlərində keçirilib. Görüşlərdə proqramın növbəti il üçün tədbirlər planı, fəaliyyət istiqamətləri müzakirə olunub və “Bir” könüllülər üçün yaradılan imkanlar, onların üstünlükləri haqqında məlumat verilib. Görüş zamanı proqrama yeni qoşulan tələbə-könüllülərin seçimi də baş tutub. 

“Bir” Tələbə-Könüllü proqramı Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Masallı, Lənkəran daxil olmaqla 7 bölgədə təmsil olunur. Hər bölgənin tələbə-könüllülərinin şəxsi inkişafı, dünyagörüşünün genişləndirilməsi, könülllülük fəaliyyətinə marağın artırılması məqsədilə mütəmadi təlimlər, seminarlar və görüşlər keçirilir.

 “Bir” Tələbə-Könüllü proqramı milli könüllü platforması kimi 20 000-ə yaxın vahid tələbə-könüllü bazasına malikdir. Tələbələrin şəxsi inkişafı və asudə vaxtlarının səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 400-ə yaxın yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. “Bir” könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.


5 il əvvəl