• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının 2014-cü il 6 noyabr tarixli 1/3 nömrəli qərarı ilə təsdiq edilmiş “Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının qərarı

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 18 dekabr tarixli 218-VIQD nömrəli Qanununun tətbiqi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 22 fevral tarixli 142s nömrəli Sərəncamının 3-cü hissəsinin icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 16-cı hissəsini rəhbər tutaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyası qərara alır:

 

1. Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının 2014-cü il 6 noyabr tarixli 1/3 nömrəli qərarı ilə təsdiq edilmiş “Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları”nın 2.9-cu bəndinin birinci və üçüncü cümlələrində ismin müvafiq hallarında “şəhadətnamə” sözü ismin müvafiq hallarında “dövlət sənədi – attestat” sözləri ilə əvəz edilsin.

 

2. Azərbaycan Respublikası Təhsil Nazirliyi Aparatının Hüquq şöbəsinə (S.Mahmudov) tapşırılsın ki, bu qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

 

3. Azərbaycan Respublikası Təhsil Nazirliyi Aparatının İnformasiya və vətəndaşlara xidmət şöbəsinə (R.Xanlarov) tapşırılsın ki, bu qərarın “Azərbaycan müəllimi” qəzetində dərc edilməsini və Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.

 

4. Qərarın icrasına nəzarət nazir müavini İdris İsayevə həvalə edilsin.

 

Emin ƏMRULLAYEV,
Kollegiyanın sədri,
Nazir
16 iyun 2021-ci il
KQ-11