Uşaq və yeniyetmələr arasında “Yol hərəkəti qaydaları uşaqların gözü ilə” adlı rəsm müsabiqəsi
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi uşaq və yeniyetmələr arasında “Yol hərəkəti qaydaları uşaqların gözü ilə” adlı rəsm müsabiqəsi elan edir. Müsabiqə “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq uşaq və yeniyetmələr arasında yol hərəkəti qaydaları ilə bağlı bilik və vərdişlərin inkişaf etdirilməsi, yol hərəkətinin təhlükəsizliyi haqqında məlumatlılığın artırılması, ətraf mühitin avtomobillərin zərərli təsirlərindən qorunması, eləcə də yollarda uşaq travmatizminin minimuma endirilməsi işində ictimai həmrəyliyin təmin olunması məqsədilə keçirilir. Müsabiqəyə rəsm əsərləri ilə yanaşı, digər sənət nümunələri də təqdim edilə bilər. Müsabiqənin keçirilmə qaydaları: • Təqdim olunan əsərlər müəyyən edilmiş mövzular üzrə olmalıdır; • Müsabiqədə 7-16 yaş arası şəxslər iştirak edə bilərlər; • Müsabiqəyə təqdim edilmiş əsərlər geri qaytarılmır; • İştirakçının sənədləri tam olmadığı və ya həqiqəti əks etdirmədiyi hallarda təqdim etdiyi əsər müsabiqəyə buraxılmır; • Bir müəllif tərəfindən müsabiqəyə iki və daha artıq əsər təqdim edilə bilər; • Rəsm əsərləri A3 formatından kiçik olmamalıdır; • Rəsm əsərlərinin sərbəst texnika ilə işlənməsi tövsiyə olunur; • İştirakçı təqdim etdiyi əsərin üzərində (əsərin aşağı sağ küncü tövsiyə olunur) adını və yaşını qeyd etməlidir; • Müsabiqəyə təqdim edilən əsərlərin iştirakçı tərəfindən hazırlanmasına əsaslı şübhələr olduqda əsər müsabiqəyə buraxılmır; • Əsərlərin qəbulu 30.11.2022-ci il tarixindən 30.01.2023-cü il tarixinə kimi aparılacaq; • Qaliblər 10.02.2023-cü il tarixində elan olunacaq. Qiymətləndirmə meyarları və qaliblərin müəyyən edilməsi qaydaları: • mövzunun əhatə olunması; • təqdim olunan əsərin üslub xüsusiyyətləri, bədii-estetik səviyyəsi; • qərəzsizlik və məsuliyyət; • ictimai maraqların müdafiəsi. Əsərlər yuxarıda qeyd olunan meyarlar üzrə seçmə üsulu ilə qiymətləndirilir və nəticəyə əsasən 1-ci, 2-ci, 3-cü yerlərin qalibləri müəyyən olunur. Əsərlərin qəbul qaydaları: • Müsabiqəyə rəsm və ya digər sənət nümunələrinin əsli təqdim edilməlidir. • Yaradıcılıq işləri poçt vasitəsilə və ya hər gün (bazar günü istisna olmaqla) saat 10:00-dan 17:00-dək DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsinə təqdim olunmalıdır. • Müsabiqəyə təqdim edilmiş əsərlərin fotosu Baş Dövlət Yol Polisi İdarəsinin info@dyp.gov.az elektron poçt ünvanına göndərilməlidir. Tələb olunan sənədlər: • İştirakçının şəxsiyyət vəsiqəsinin surəti; • İştirakçının təhsili, ictimai fəaliyyəti və s. haqqında məlumat; • Yaşayış ünvanı və əlaqə vasitələri (telefon və s.) haqqında məlumat. Müsabiqə ilə bağlı həvəsləndirmə tədbirləri və qaliblərin mükafatlandırılması: • Müsabiqənin qalibləri fəxri fərman və hədiyyələrlə təltif edilir. • Müsabiqənin yekun nəticələri media vasitəsilə geniş işıqlandırılır və seçilmiş əsərlərdən təbliğat-təşviqat xarakterli çap nümunələrində istifadə olunur. • Seçilmiş əsərlərdən ibarət toplu albom hazırlanır, sərgilər təşkil edilir.
13/01/2023 14:00
Özbəkistanın İpək Yolu Turizm və Mədəni İrs Beynəlxalq Universitetinin 2023-2024-cü tədris ili üzrə təhsil təqaüd proqramı
26/12/2022 16:40
Yaponiyanın Tsukuba Universitetinin 2023/2024-cü tədris ili üçün təhsil təqaüd proqramı
Yaponiyanın Tsukuba Universiteti 2023/2024-cü tədris ili üçün ali təhsilin magistratura səviyyəsi üzrə təqaüd proqramı elan edir. Sözügedən xüsusi proqram Mərkəzi Asiya ölkələrində Dayanıqlı İnkişaf Məqsədlərini əhatə edəcək problemləri həll etmək məqsədilə təsis edilmişdir. Təhsil səviyyəsi: magistratura Tədris dili: ingilis dili (TOEFL, TOEIC yaxud IELTS nəticələri) İxtisaslar: İctimai səhiyyə Maliyyələşmə: təhsil haqqı, yol xərcləri, aylıq təqaüd (aylıq 106,350 yen-786 USD). Kvota: 2 yer (hər tədris ili üçün) Təqaüd proqramı barədə ətraflı məlumatı keçiddən əldə etməyiniz mümkündür. Müraciət üçün son tarix: 15.06.2023-cü il Namizədlərin seçimi Yaponiyanın Tsukuba Universiteti və Nippon Mərkəzi Asiya Fondu tərəfindən həyata keçirilir.
09/12/2022 10:20
Yaponiyanın Tsukuba Universitetinin 2023/2024-cü tədris ili üçün təhsil təqaüd proqramı elan
06/12/2022 12:00
Macarıstanda 2023-2024-cü tədris ili üzrə təhsil təqaüd proqramı
16/11/2022 10:56
İsveçrədə 2023-2024-cü tədris ili üzrə təqaüd proqramı
05/11/2022 17:23
Serbiyada təqaüd proqramı
17/10/2022 14:20
Filter
Xəbərlər
-
Beynəlxalq STEAM Azərbaycan Festivalının açılış mərasimi
04.12.2023 - 16:30 -
SAF 2023 həyəcanı başlayır
04.12.2023 - 09:28 -
DTX-nin Akademiyasının 25 illik yubileyi ilə bağlı tədbir keçirilib
01.12.2023 - 17:48 -
Naxçıvanda məktəb direktorları ilk dəfə olaraq müsahibə yolu ilə seçiliblər
01.12.2023 - 17:00 -
“Məktəbli könüllü” proqramına qoşulmaq istəyən şagirdlərin nəzərinə!
01.12.2023 - 14:38
Elm və təhsil naziri Emin Əmrullayevin “Beynəlxalq STEAM Azərbaycan Festivalı - SAF 2023”ün açılış mərasimindəki çıxışından: ✅️ 2025-ci ildə yeni yazılacaq elm və təhsil standartlarında STEAM-ın bəzi hissələrini milli kurikulum elementlərinə çevirmək istəyirik. Yeni standartlarda 3D robotexnika texnologiya fənninin məzmununa daxil ediləcək. Bu həm dərslik, həm də tədris proqramlarında öz yerini tapacaq. ✅️İstədiyimiz budur ki, gələcək nəsil ənənəvi olaraq humanitar və ya texniki hissələrə bölünməklə yox, hərtərəfli inkişaf eləsin. Şagirdləri ayrı-ayrı fənlərə bölmək ənənəvi metoddur. Yeni metod hərtərəfli, bütün fənləri əhatə edən inkişaf modelidir.
ƏtraflıElm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində keçirilən SAF 2023 - Beynəlxalq STEAM Azərbaycan Festivalı başlayır. #ElmVəTəhsilNazirliyi #EduAz #SAF2023 ?????????????????????? Ətraflı: https://bit.ly/3t6STgI SAF - STEAM Azerbaijan Festival STEAM Azerbaijan
ƏtraflıSAF 2023-ə SON 1 gün qaldı! ?? SAF - STEAM Azerbaijan Festival #ElmVəTəhsilNazirliyi #SAF2023 #STEAM
Ətraflı