Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Emin Əmrullayev Türk Dövlətləri Təşkilatı Təhsil Nazirlərinin 9-cu iclasında iştirak edib

İyunun 8-də Qazaxıstan Respublikasının Türküstan şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) Təhsil Nazirlərinin 9-cu iclası keçirilib.

 

Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyinin ev sahibliyi ilə təşkil olunan iclasa bu ölkənin elm və ali təhsil naziri Sayasat Nurbek sədrlik edib.

 

İclasda “Türk dünyası vizyonu – 2040”, “TDT Strategiyası 2022–2026”, eləcə də TDT Zirvə görüşləri və təhsil nazirlərinin iclaslarında qəbul edilmiş qərarlar çərçivəsində təhsil sahəsində çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

 

Görüş zamanı Türk dünyasında təhsil inteqrasiyasının gücləndirilməsi, akademik mobilliyin artırılması, Türk Universitetlər Birliyinin (TÜRKÜNİB) fəaliyyətinin davamlılığının təmin edilməsi, həmçinin Türk Dünyası Ali Təhsil Məkanının yaradılması istiqamətində həyata keçirilən layihə və təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb. Bundan başqa, iclasda ümumi təhsil sahəsində şagird və müəllim mübadilə proqramları da daxil olmaqla, birgə əməkdaşlıq imkanları müzakirə edilib.

 

İclasda çıxış edən elm və təhsil naziri Emin Əmrullayev TDT çərçivəsində elm və təhsil sahəsində əməkdaşlığın inkişafı istiqamətində həyata keçirilən işləri yüksək qiymətləndirib. Nazir ümumi və ali təhsil sahələrində irəli sürülən təşəbbüslərin TDT-yə üzv və müşahidəçi dövlətlər arasında akademik mobilliyin genişləndirilməsinə, universitetlərarası əlaqələrin gücləndirilməsinə, eləcə də Türk dünyasında təhsil sahəsində inteqrasiyanın dərinləşdirilməsinə töhfə verəcəyini bildirib. Nazir həmçinin Azərbaycanın Türk dünyasında ali təhsil sahəsində daha sistemli institusional əməkdaşlığın qurulmasına dair təşəbbüsünü təqdim edib.

 

İclasın yekununda 9-cu iclasın kommünikesi imzalanıb, bir sıra strateji sənəd və təşəbbüslər təsdiq edilib.


08.06.2026 - 17:24