“Təhsildə könüllülük” təşəbbüsünə start verilir
“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının əməkdaşlığı ilə “Təhsildə könüllülük” təşəbbüsünə start verilir.
Təşəbbüs çərçivəsində ali və orta ixtisas təhsili müəssisələrinin məktəbəqədər təlim və tərbiyə ixtisası üzrə təhsil alan tələbələrinin bağçalarda praktiki fəaliyyətlərə cəlb edilməsi nəzərdə tutulur.
Təşəbbüsün məqsədi sözügedən ixtisas üzrə təhsil alan tələbələri resurs imkanlarının məhdud olduğu məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətə cəlb edərək onların sahəvi bilik və bacarıqlarını artırmaq, gələcək kadr hazırlığı prosesinə töhfə vermək, eləcə də ali və orta ixtisas təhsili müəssisələri ilə bağçaların əməkdaşlığını formalaşdırmaqdır.
Ətraflı məlumat və müraciət qaydası üçün aşağıdakı keçidə daxil ola bilərsiniz:
https://forms.gle/Jzc2QCskYMpfw3CY9
2 il əvvəl
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
