• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Latviyada növbəti tədris ili üzrə təhsil almaq imkanı!

Latviya Respublikası 2023-2024-cü tədris ili üzrə Azərbaycan vətəndaşları üçün bakalavriat, magistratura və doktorantura təhsil səviyyələri üzrə təqaüd proqramı elan edib.

Müsabiqədə iştirak etmək istəyən vətəndaşlar üçün son müraciət tarixi 1 aprel 2023-cü ildir.

Namizədlərin müraciətlərinə baxıldıqdan sonra yekun qərar Latviya Dövlət Təhsilin İnkişafı Agentliyi (DTİA) tərəfindən veriləcək.

Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatlarla elan vasitəsilə tanış ola bilərsiniz.

Qeyd edək ki, təqaüd proqramı Azərbaycan və Latviya arasında təhsil sahəsində əməkdaşlığa dair 2017-ci il iyulun 17-də Riqa şəhərində imzalanmış sazişə uyğun olaraq həyata keçirilir.


1 il əvvəl